![]() |
|---|
|
İMAN ETDİKLƏRİNİ SÖYLƏDİKLƏRİ HALDA Quranda; "Onlar Allah yanında müxtəlif dərəcələrdə
olacaqlar. Allah onların nə etdiklərini görür!" (Ali İmran surəsi, 163)
ayəsiylə mühüm bir həqiqətə diqqət çəkilmişdir. Bəzi insanlar heç iman
etmirlər. İman edənlərsə qəlblərindəki Allah qorxusu və imana görə öz
aralarında müxtəlif dərəcələrdədirlər. Allah bir ayəsində; "Bədəvilər:
“Biz iman gətirdik!” dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq:
“Biz müsəlman olduq!” deyin. İman sizin qəlblərinizə hələ daxil
olmamışdır..." (Hucurat surəsi, 14) hökmüylə imanın hələ qəlblərinə
yerləşmədiyi insanlardan bəhs edir. Allah digər bir ayədə isə; "sonra,
Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan
kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni
ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur" (Fatir surəsi, 32)
hökmüylə iman edənlər arasında geridə qalan, orta yolu tutan və ya önə
keçən insanlar ola biləcəyinə diqqət çəkir. Quranda bildirilən bu
insanlar arasında digər bir qrup da vardır ki, bu insanlar “imanlarına
zülm qatışdıranlardır”. İmana zülm qatışdırmaq; insanın Allahın
ucalığını, haqq dinin üstünlüyünü qavradığı və dünyada və axirətdə nicat
tapması üçün Qurana uymaqdan başqa bir yol olmadığını anladığı halda,
yenə də cahilliyyət əxlaqından tam olaraq xilas ola bilməməsidir. Bu
insanlar imanlı olmaqla yanaşı, nəfslərinə zidd bir vəziyyət yarandıqda
və ya çətinliklə qarşılaşdıqları anlarda, Quran əxlaqına uyğun bir
rəftar göstərmək əvəzinə, dinsiz insanların göstərdiyi rəftarı
göstərirlər.
Belə insanlardan danışarkən, ağla yalnız dinin
hökmlərini açıq şəkildə rədd edən, dinə müxalif rəftarlar göstərən
insanlar gəlməməlidir. Burada qeyd etdiyimiz insanlar, Quran hökmlərinin
bir çoxunu tətbiq edib, həyatlarının böyük hissəsində mömin rəftarı
göstərə bilərlər. Ancaq bəzi mövzular da vardır ki, bunların Qurana görə
səhv olduğunu anlamaq istəməyə bilər və ya bunu gərəyi kimi qavraya
bilməmiş ola bilərlər. Bəzi insanlar müsəlman olaraq yaşadıqları halda,
bəzi inanc və davranışların Qurana zidd olmadığını, halal və haram
olaraq bildirilən çərçivədən kənara çıxmadığını düşünə bilərlər.
Məsələn, bir çox insan romantikliyin Quran əxlaqına uyğun bir davranış
olmadığını anlamaz və ya bunu anlamazlıqdan gələr. Halbuki romantiklik
Qurana zidd bir xarakter formasıdır və Quranın bir çox ayəsində bu açıq
şəkildə görülür. Məsələn, bir müsəlman, bir yaxınının öldüyündən ötrü
yox olmadığını, sonsuz həyatına başladığını düşünər və əgər bu yaxını
mömindirsə onun cənnətə qovuşacağına ümid edərək sevinər. Həmçinin ölümü
Allahın müəyyənləşdirmişdir və O hər hadisə kimi ölümü də xeyirlə
yaradar. Dolayısilə mömin bir insan, yaxını belə olsa, ölməsində xeyir
olduğunu bilər və Allahdan razı olduğunu göstərən bir rəftar nümayiş
etdirər. Amma bir çox insan bu həqiqəti bilməsinə baxmayaraq, ölüm
qarşısında cahilliyyət rəftarı göstərir, romantik davranaraq lazımsız
reaksiyalar verə bilir. Bu kimi rəftar pozuqluqlarının Quran əxlaqına
zidd olduğunu düşünməyən insanlar, bu davranışlarını davam etdirməkdə
bir problem görməzlər. Həyatlarının bəzi anlarında, bunlara bənzər cahil
insan xüsusiyyətləri daşıyaraq, cahil insanların həyatına bənzər bir
həyat yaşayarlar. Bunun əlaməti də, bu insanların möminlərin yaşamadığı,
amma cahilliyyət insanlarında görülən sıxıntıları yaşamaları, möminlərin
əksinə tez-tez bədbəxt ola bilmələridir. Buna görə də, “iman sahibiyəm” deyən hər insan, Allahın
Quran ayəsiylə möminlərə vəd etdiyi “gözəl həyat bəxş edəcək” vədinin
özü üçün gerçəkləşib gerçəkləşmədiyini, bu məlumatlar əsasında nəzərdən
keçirməlidir. Əgər hələ də həyatının müəyyən anlarında az da olsa
bədbəxtliklər, sıxıntılar və əzablarla üzləşirsə, bu xatırlatmaları
üzərinə almalıdır. Bütün həyatı boyu əzab və sıxıntı yaşayan bir insan üçün
çıxış yolu isə; "...Allah, sizin üçün asanlıq istəyər, çətinlik
istəməz..." (Bəqərə surəsi, 185) ayəsiylə ifadə edildiyi kimi çox
asandır: İnsanın gizli və ya açıq, cahilliyyət əxlaqından qalan hər nə
xüsusiyyəti varsa bunlardan imtina etməsi və bunun yerinə Quran əxlaqını
yaşaması əsas çıxış yoludur. Allaha iman edən və Qurana tabe olan hər
mömin, Qurana daha səmimi yaxınlaşmalı və ayələrdə bildirilən mömin
əxlaqına zidd olan hər cür rəftar və ya düşüncədən xilas olmalıdır;
Quranla bildirilən həqiqətləri yalnız nəzəri baxımdan bilməklə
kifayətlənməməli, bunları real həyatda da hər an hiss etməli və
yaşamalıdır; Allahın hər yeri əhatə etdiyini, insanın içindən keçən
bütün gizli niyyətlərini bildiyini, gizlətdiyi səmimiyyətsizliyini də
gördüyünü unutmamalıdır. Bir müsəlman ibadətlərini yerinə yetirməklə
kifayətlənib, səmimiyyətsizliyi əhəmiyyətsiz bir şey hesab etməməli,
Allahın səmimiyyətsizlikdən ötrü hər an amansız bir əzab verməyə qadir
olduğunu, gec-tez etdiklərindən ötrü haqq-hesaba çəkilib buna uyğun bir
qarşılıq alacağını düşünməlidir. Dünya həyatındakı hər hadisəni Allah
yaradar, bütün varlıqlar Allaha boyun əymişdir və Onun əmriylə hərəkət
edər. Müsəlmanlar bu həqiqətləri unutmadan, hər hadisədə xeyir
və hikmətlər olduğunu düşünərək, taleyə təslim olaraq yaşamalıdırlar.
Bir insan bu həqiqətləri dərk edərək yaşadıqda, özü üçün gözəl və fərqli
bir həyatın başladığını görəcək. O günə qədər zövq aldığını düşündüyü
nemətlərdən əslində heç zövq almadığını, insanların xoşbəxtlik hesab
etdikləri şeylərin, əsl xoşbəxtliyin yanında nə qədər adi zövqlər
olduğunu anlayacaq. Yediyi yeməkdən, seyr etdiyi mənzərədən, tənəffüs
etdiyi havaya qədər hər şeyin düşündüyündən daha böyük sevinc bəxş
etdiyini anlayacaq. Sevməkdən, sevilməkdən, gözəl əxlaq göstərməkdən,
insanlardakı gözəllikləri, incəlikləri görməkdən, gülməkdən,
əylənməkdən, dostluqdan, söhbətdən olduqca fərqli zövqlər alacaq.
Dünyadakı həyatı, bir növ cənnət həyatını xatırladacaq.
Ancaq bu məqamda mühüm bir mövzu başa düşülməlidir; “gözəl həyat yaşamaq” deyərkən, insanın heç bir çətinlik yaşamaması nəzərdə tutulmur. Çünki dünya imtahan mühitidir və insan, həyatının sonuna qədər müxtəlif hadisələrlə imtahan olunacaq. İnsan, Allahın Quran ayələrində bildirdiyi kimi bəzən aclıq, bəzən qorxu, bəzən də mal-dövlət, insan, məhsul itkisiylə sınanacaq, yeri gəldikdə sıxıntı və çətinlik də üzləşəcək. Amma bunların heç biri, möminin burada izah edilmək istənilən ruhi sakitliyindən, qəlb xoşbəxtliyindən heç nə əskiltməz. Çünki mömin; hadisələrdəki xeyirləri, hikmətləri görə bilən, görə bilmədikdə də bu həqiqətə inanıb, təvəkkül edən və bunun gözəlliyini yaşayan insandır. Hadisələrdəki xeyirlər barədə düşünmək və sonsuz ağıl sahibi olan Allahın yazısına təslim olmaq insanlara daimi və həqiqi xoşbəxtlik bəxş edər. Bu kitabda insanlara həqiqi xoşbəxtliyinə qovuşmağın yolu göstərilərkən, insanın hər cür şəraitdə yaşayacağı ruhi sakitlik və qəlb xoşbəxtliyi nəzərdə tutulur. Bu xoşbəxtlik, Allahın yalnız həqiqi imana sahib, səmimi möminlərə verdiyi bir nemətdir. Allah dünyada və axirətdə iman edənlərə müjdə olduğunu
xəbər verərək bu mövzunu insanlara belə açıqlamışdır: Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və Allahdan qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 62-64) Allah digər bir ayədə isə; "iman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır" (Ənam surəsi, 82) hökmüylə əmin-amanlığın da, yenə ancaq imanlarına zülm qatışdırmayan, səmimi-qəlbdən iman edənlər üçün olduğunu ifadə etmişdir. |
|---|