İNSANLAR ÖZLƏRİNİ NECƏ ALDADIRLAR? 

İnsanları dünyada sıxıntıya və görünməz əzablara sürükləyən şeylərdən biri, özlərini aldatmaları və batil şeylərə inanmalarıdır. İnsan təlqin yoluyla inanmaq istədiyi şey barəsində özünü istədiyi şəkildə razı sala bilər; hadisələri görmək istədiyi kimi qiymətləndirib, buna elə inanar ki, əksini müdafiə edənlərin, doğru söylədikləri çox açıq olduğu halda, böyük aldanma içində olduqlarını düşünəcək hala gələ bilər.

Bu mövzunu belə bir nümunə açıqlaya bilərik: Bir insan özünə verdiyi təlqinlə, yoldaşlarının özünü kifayət qədər sevmədiyini düşünə bilər. Qarşılaşdığı bütün hadisələri bu baxımdan qiymətləndirib haqlı olduğuna dair bir çox dəlil tapa bilər. Qarşı tərəf insanın bu inancını yox edəcək qədər qaneedici şəkildə danışsa, bütün rəftarlarıyla əksini sübut etsə də, özünü bu şeyin doğru olduğuna inandıran insan, bunların heç birinə inanmaz. Hər təfərrüatdan öz inancını daha da gücləndirmək üçün istifadə edər, daim özünü inanmaq istədiyi şeyə razı salacaq yeni dəlillər tapar. Halbuki ortada belə bir şey yoxdur. Amma bu insan dünyanı öz görmək istədiyi kimi görər, hadisələri də öz yaşamaq istədiyi şəkildə qiymətləndirər və bundan ötrü də, daim əzab içində yaşayar.

Cahiliyyət insanlarının bir çoxunda görülən bu xüsusiyyət, bəzən iman etdikləri halda, tam olaraq iman etməmiş, hadisələri Quran əsasında qiymətləndirməyi həyatlarına tam mənada hakim etməmiş insanlarda da görülər. Hadisələri və ya insanları Qurana görə qiymətləndirməməksə, insanı daim yanıldar. Çünki Quran meyar götürülmədikdə, insan, cahiliyyət cəmiyyətinin dünyagörüşünə görə, yəni nəfsinin və şeytanın tələblərinə uyğun diaqnozlar qoyacaq. Dolayısilə başda özüylə əlaqədar müəyyənləşdirdiyi şeylər olmaqla, ətrafında yaşanan bütün hadisələri yanlış anlayışla qiymətləndirəcək. Məsələn, Quran əxlaqı meyar götürülərək baxıldıqda düşüncəsizcə hərəkət etdiyi görünən insan, cahiliyyət dünyagörüşüylə, özünü olduqca incə düşüncəli bir insan hesab edə bilər və ya Qurana görə təkəbbürlü rəftar göstərən insan, Quranı meyar götürərək düşünmədiyi üçün çox təvazökar və təvazölü bir insan olduğuna inanmış ola bilər. Eynilə zəif imanlı bir insan da özünü, Allahdan çox qorxduğuna, Quran əxlaqına tam şəkildə tabe olduğuna, Allaha qarşı tamamilə dürüst və səmimi olduğuna da inandıra bilər. Lakin, əlbəttə ki, bu məqamda insanların özlərini inandırmaq və vicdanlarının səsini ört-basdır etmək üçün istifadə etdikləri, bəzi Qurana zidd məntiqlər var. Bu yanlış məntiqləri bir şəkildə məqbul hala gətirib, özlərini bunların dinə zidd olmadığına, Allah Qatında da bəhanə olaraq qəbul edilə biləcəyinə inandırarlar. Bu da bu insanların səmimiyyətdən uzaqlaşmalarına səbəb olar.

Özlərini aldadan insanlar, bir tərəfdən də təqvalı müsəlmanlar olduqlarını iddia etdikləri üçün, iddialarıyla rəftarları ziddiyyət təşkil edər. Bu isə, onların daim sıxıntı çəkmələrinə səbəb olar. Digər bir tərəfdən də şüur altlarında əsl üzlərini bildikləri və iddia etdikləri qədər gözəl əxlaqlı, gözəl düşüncəli olmadıqlarını gördükləri üçün, bunun gətirdiyi vicdan sıxıntısıyla yaşayarlar. Necə ki, bunları görüb, davranış və imanlarındakı nöqsanları düzəltmək əvəzinə, özlərini aldatmaq, səhvlərinin üstünü örtmək yolunu seçərlər. Bu da həmin insanlara müxtəlif maddi-mənəvi zərərlər verər.

Sonrakı səhifələrdə dünyada əzab olaraq yaşanan bu zərərin üzərində dayanacağıq.


Səmimiyyətsizliyin insanlar üzərində yaratdığı mənfi təsirlər  

Səmimiyyətsizlik insanlar üçün gizli bəladır; təkcə insanların həyatlarını çətinləşdirmək, onları sıxıntı və bədbəxtliyə sürükləməklə kifayətlənməz, həmçinin onları həm fiziki, həm də mənəvi cəhətdən böyük sürətlə çökdürər. Bu insanlar, bəzən üzərlərində yaranan bu mənfi təsiri görməyə bilərlər. Sahib olduqları gizli səmimiyyətsizlikdən ötrü ziyana uğramadıqlarını zənn etdikləri üçün, bunu həyat tərzi olaraq davam etdirməkdə heç bir problem görməzlər.

Halbuki həqiqi iman sahibləri, bu insanlar üzərində yaranan mənfi təsiri çox açıq şəkildə görərlər. Çox vaxt bu vəziyyəti qarşı tərəfə də bildirməyə çalışar, onları səmimiyyətə dəvət edərlər. Ancaq bəzi insanların içində olduğu ruh halı, özlərinə çatdırılmaq istənilən məlumatlara da eyni cür səmimiyyətsiz yanaşmalarına səbəb olar. Bundan götrüörə də, göstərilən bu həqiqətlərdən belə, gərəyi kimi faydalana bilməzlər.

 Səmimiyyətsizliyin insanlar üzərində yaratdığı mənfi təsirlərdən bəzilərini, aşağıdakı başlıqlar halında qeyd edə bilərik:


Ağılsızlıq  

 İmanın tələblərini yerinə yetirməyən insanlar üzərində görülən ən bariz təsirlərdən biri “ağılsızlıq”dır. Allah, ağlı insanlara, ancaq səmimi iman etdikləri təqdirdə verir. İnsan, bundan savayı göstərdiyi bütün qabiliyyətləri, ancaq zəkasıyla əldə edə bilir. Bəlkə ilk baxışda zəkalı insanın da ağıllı insanla eyni xüsusiyyətlərə sahib olduğu düşünülə bilər. Onsuz da insanların aldanıb özlərini ağıllı zənn etmələrinin səbəbi də budur. Ancaq əslində vəziyyət çox fərqlidir. Ağıl, Allahın insanlar üçün müəyyənləşdirdiyi və uyulduğu vaxt, ən mükəmməl nəticələr verən və insanın Qurana tabe olmasından qaynaqlanan üstünlükdür. Allah bir Quran ayəsində; "ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir" (Ənfal surəsi, 29) sözləriylə, ancaq Özündən qorxanlara verdiyi xüsusi bir bacarıqdan bəhs edir. Bu bacarıq, insanların, başda özləriylə əlaqədar olmaqla, həyata aid hər mövzuda nəyin doğru, nəyin yanlış olduğunu ayırd edə bilmələrini təmin edir.

Quran əxlaqından uzaqlaşanda və ya bəzi xüsuslarda belə olsa, səmimiyyətsizliyə yol verəndə, insanlar doğrunu yanlışdan yaxşı şəkildə ayırd edə bilməz. Bunun ən əhəmiyyətli əlaməti isə, insanların içində olduuqları vəziyyəti görüb Qurana uyğun şəkildə analiz edə bilməmələri, başqaları tərəfindən xatırladılsa belə yenə də bunu qavraya bilməmələridir.

Səmimi insanların fikirlərində əmələ gələn dəqiqlik, sadəlik və aydınlıq bu kəslərdə yoxdur. Tam tərsinə dumanlıq, bulanıqlıq və qarışıqlıq diqqəti çəkər. Xüsusilə də möminlərdə yaranan iti ağıl əlamətləriylə müqayisə edildikdə ortaya çıxan mənzərə bu vəziyyəti daha da dəqiq göstərər. Bu insanların ağlın kəskinliyi və analiz etmə qabiliyyətindəki itiliyini yaşaya bilməmələri, əslində dünya həyatında özlərinə verilən bir əzab növüdür. Özləri, zəif dumanlı ağla sahib olmalarından ötrü, çox vaxt bunun bir əzab olduğunu da bilməzlər. Amma həqiqi imanın gətirdiyi ağlın verdiyi rahatlığı heç vaxt yaşaya bilməzlər. Bu insanların, insanlar və ya hadisələr barəsində bildirdikləri fikirlər, bu ağılsızlığı çox açıq şəkildə əks etdirir.

 

Mənəvi və fiziki ağırlıq  

 Ağılda yaranan zəif dumanla yanaşı, səmimiyyətsizliyi davam etdirən insanların uğradığı zərərlərdən biri də üzərlərində yaranan ağırlıqdır. Bu ağırlıq, bilə-bilə vicdanlarının səsinə qulaq asmamalarının, üzərlərində yaratdığı təzyiqdən qaynaqlanır. Vicdan əzabının verdiyi mənəvi sıxıntı, insanın həm ruh halına, həm də bütün fiziki funksiyalarına dərindən təsir edər. Belə bir insan, dünyanın ən gözəl, ən komfortlu evində, istədiyi hər neməti tezliklə əldə edə biləcəyi imkanlar içində, ən gözəl əxlaqlı insanlarla birlikdə yaşasa, sağlamlığı, gözəlliyi, zənginliyi dünya şəraitində ola biləcək ən mükəmməl səviyyədə olsa, yenə də içindəki bu sıxıntıdan qurtula bilməz. Ətrafındakı bu nemətlərin heç birindən gərəyi kimi zövq ala bilməz. Bu insana nə yediyi yemək, nə dostlarının səmimi söhbətləri, nə gözəl bir mənzərə, nə də getdiyi gözəl bir məkan zövq verər. Hər kəsin əyləndiyi, şənləndiyi bir mühitdə o için-için əzab çəkər. Özünü ətrafındakı insanlara hər nə qədər sevinc və xoşbəxt göstərsə də, içindəki mənəvi əzab bir an belə azalmaz. Heç vaxt təbii sevinc və təbii rahatlıq hissini yaşaya bilməz. Buna ancaq xüsusi iradə və diqqətlə nail ola bilər. Bu baş tutmadıqda üzərində daimi bir ağırlıq hakim olar. Bu ağırlıq, insanın fiziki cəhətdən oyanıq olduğu halda, bir növ yuxulu halda yaşamasına səbəb olar; gözləri açıq olar, amma gözündəki mat və donuq ifadə, iman edən insanda olması lazım olan şüurdan çox uzaqdır. Baxışlarında üzgün ifadə hakimdir.

Bu mənəvi təzyiqin səbəb olduğu ağırlıq, insana fiziki cəhətdən də güclü təsir edər. Qavrama, danışma, əl bacarıqları və bədənin qabiliyyət tələb edən digər bütün funksiyalarında geriləmə müşahidə olunar. Normalda həmin bu insanın heç bir fiziki narahatlığı yoxdur. Amma beyində yaranan təzyiq və donuqluq, onun həyatını normal insan kimi yaşamasını mane olar. Şüur altında daima vicdan əzabından qaynaqlanan narahatlıq hissi keçirər. Bu narahatlığını yox etmədiyi müddətcə də rahatlığa qovuşa bilməz. Allah, Quranda tam mənada iman etməmiş, bu insanların sahib olduğu sıxıntılı ruh halını belə təsvir etmişdir:  

 Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. (Taha surəsi, 124)  

 

  Maddi-mənəvi çirklənmə  

 Səmimiyyətsizliyin insanlar üzərində yaratdığı digər bir mənfi təsir də, Quranda bu ayə ilə bildirilir:

  O, ağlını işlədə bilməyənləri murdar edər. (Yunis surəsi, 100)  

 Vicdanları qəbul etdiyi halda ağıllarını işlətməyən səmimiyyətsiz insanlar, etdiklərinin əvəzini Allahın “murdar” olaraq ifadə etdiyi bəla ilə alarlar. Allah bir ayədə; "qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər" (Tövbə surəsi, 125) deyə buyurmuşdur. Bu, Allahın istəməsi nəticəsində insanlar üzərində həm maddi, həm də mənəvi çirk halında görülə bilir. Allah istəsə bu insanlar həqiqətən fiziki cəhətdən də çirkli görünə bilərlər. Yaşadıqları narahatlıq və stress bədənlərinin normaldan olduqca sürətli şəkildə çirklənməsinə, hətta üz dərilərinin korlanmasına, ağız və bədənlərinin qoxmasına səbəb ola bilər.

Bununla yanaşı, bu insanlar fiziki cəhətdən bütün tədbirləri alsalar da, təmizliklərinə digər insanlardan olduqca artıq diqqət yetirsələr də, üzərlərində yaranan mənəvi çirkdən qurtula bilməzlər. Ətraflarındakı insanlara, daim çirkli insan olduqları təəssüratını verərlər. Əlbəttə ki, bu, Allahın bu insanların səmimiyyətsizliyinə qarşılıq insanların içinə verdiyi hissdir. Nə qədər təmiz olsa da, bu insanın oturduğu yerə oturmaq, yediyi yeməkdən yemək, əlini vurduğu bir şeyə toxunmaq belə insanlara narahatlıq verə bilər. Bu da qeyd olunan insanın daxilən yaşadığı əzaba çevrilər. Özü Allahı unutmuş və insanların rizasını axtaracağı bir həyat yaşamaq istəmişdir. Amma rizasını axtardığı insanlar ondan qaçır və ona əhəmiyyət vermirlər. Məhz bu da, vicdanları qəbul etdiyi halda həqiqi iman etməyən insanlara Allahın dünya həyatında verdiyi gizli bir bəladır.    

 

Nursuzluq  

Əvvəlki hissədə verilmiş ayədə bildirilən mənəvi çirkin digər bir təzahür forması olaraq, səmimiyyətsiz insanların üzlərində nursuzluq əmələ gələr. Bu nursuzluq hər insanda eyni əlamətlərlə özünü göstərməz. Bəzi insanların üzündə, iman edənlərin üzündə yaranan həyat ifadəsi, şövqün və dürüst ifadənin olmamasıyla özünü bəlli edər. Bəzi insanların üzündə mənasız, həyatdan bezmiş, boş baxışların yaratdığı bir görüntü ortaya çıxar. Bəzi insanların üzündə isə, səbəbsiz yaranan qaralma diqqəti çəkər. Bütün bu əlamətlər, insanların yaşadıqları qaranlıq ruh halının kənara əks olunmasıdır.

 Burada diqqət çəkən məqam isə, insanların fiziki gözəlliklərinin qətiyyən bu nəticəyə təsir edə bilməməsidir. Dünyanın ən gözəl üzünə, ən mükəmməl bədəninə, ən gözəl rəngli, ən gözəl formadakı gözlərinə sahib bir insan belə, səmimiyyətsiz əxlaq göstərdiyi təqdirdə üzündə nursuz ifadə yaranmasının qarşısını ala bilməz. Ortaya çıxan mənzərə gözəlliklərini tamamilə kölgə altına salar. Bunun səbəbi də, nurun, ancaq Allah Qatından səmimi-qəlbdən iman edənlərə verilən bir xüsusiyyət olmasıdır. Allah bir ayəsində bu həqiqəti belə bildirir:  

Yaxud onların əməlləri əngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də başqa bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! İnsan əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz. (Nur surəsi, 40)  

Allah səmimi və səmimiyyətsiz insanların ruhlarında yaşadıqlarının bədənlərinə göstərdiyi təsirinə Quranda belə bir müqayisə ilə diqqət çəkir:  

 Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü vardır. Onların üzü nə qaralar, nə də zillətə bürünər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür... (Yunis surəsi, 26-27)    

 

 Mənfi hal

   Allah, Özünə səmimi-qəlbdən iman edənlərə dərgahından gözəllik, sevimlilik və nur verər. Bu insanlar varlıqlarıyla, girdikləri hər mühitə gözəllik və sağlamlıq gətirərlər. Üzlərinə baxmaq, səslərini eşitmək, Allaha olan güclü imanlarını hiss etdirən səmimi söhbətlərinə və rəftarlarına şahid olmaq ətraflarındakı insanlar üçün bir nemət olar. Quranda səmimi möminlərin bu xüsusiyyətlərinə və bunu göstərən, üzlərindəki “səcdə izi”nə belə diqqət çəkilir:

  Məhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir... (Fəth surəsi, 29)

 Səmimiyyətsiz rəftar göstərən insanların üzərində isə, möminlərin tam əksinə mənfi hal meydana gələr. Öz daxili aləmlərində yaşadıqları təvəkkülsüz, hüznlü, sıxıntılı və gərgin ruh halı, eləcə də, qürurları, bu insanların girdikləri hər mühitdə mənfi aura yaranmasına səbəb olar. Heç nə söyləməsələr, heç nə etməsələr də ətraflarındakı insanlara mənfi aura verərlər. Gərgin ruh halları, əzab dolu üzləri və narahatlıq verən səsləri insanlara bu vəziyyəti açıq şəkildə hiss etdirər. Səmimi olmadıqları, Allaha qarşı tam dürüst olmadıqları müddətcə bu mənfurluqdan qurtula bilməzlər. Ətraflarındakı insanlara sevimli görünə bilmək üçün hər nə etsələr də, müsbət təsir yarada bilməzlər.

Bu, Allahın insanlar üzərində yaratdığı möcüzəvi haldır. Belə mənfi halın yaranma səbəbini, bəzən tam şəkildə ifadə etmək olmaz, amma əksər insan belə insanları anlayar və onlarla eyni mühiti paylaşmaq istəməz. Bu da, üzərində mənfi hal yaranan insanın dünyada daxilən yaşadığı sıxıntılardan biridir.

 Ancaq unudulmamalıdır ki, həmin insan qəlbini təmiz saxlayıb, Allaha qarşı səmimi olmağa niyyət etdiyi andan etibarən də, üzərindəki bu mənfi hal Allahın izniylə dərhal aradan qalxar və yerini nurlu üzə buraxar.

Bura qədər saydığımız xüsusiyyətlər, Allahın, həqiqi iman gətirmək istəməmələri müqabilində, insanlara verə biləcəyi qarşılıqlardan yalnız bir neçəsidir. Bunu unutmaq olmaz ki, Allah sonsuz güc sahibdir. Əgər yaranan bütün bu açıq əlamətlərə baxmayaraq, insan necə bir ziyana uğradığını görməzlikdən gəlsə və Allaha sığınmasa, Allah daha pis qarşılıqlar da verə bilər.

Heç kəs; "onsuz da, iman sahibiyəm, ibadətlərimi yerinə yetirirəm" deyərək özünü aldatmamalı, heç nədə səmimiyyətsizlik etmədən, Allah üçün qəlbini təmizləməlidir. Allahın; "xeyr! İnsan, doğrudan da, yolunu azar - özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə" (Ələq surəsi, 6-7) ayələriylə bildirdiyi kimi, bir nəticə əmələ gəlməsindən Allaha sığınmalıdır.