![]() |
---|
MÖMİNLƏR ƏTRAFLARINDAKI İNSANLARI DA SƏMİMİYYƏTƏ DƏVƏT
EDƏRLƏR
Allah Qurandakı; "qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır" (Ali İmran surəsi, 104) ayəsiylə, insanları yaxşı və gözəl əməllərə dəvət etməyi, onları yol verdikləri səhvlərdən qurtarmağı, möminlərin üzərinə məsuliyyət olaraq yüklədiyini bildirir. Allah digər ayədə isə; "mömin kişilərlə mömin qadınlar bir-birinin himayədarıdırlar. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah üstün və güclüdür, hökm və hikmət sahibidir" (Tövbə surəsi, 71) sözləriylə möminlərin, bir-birini qorumaq və bir-birinə nəzarət etmək xüsusiyyətlərinə sahib olduğunu xatırladır. Məhz möminlər Allahın bu əmrindən ötrü bir-birlərində gördükləri çatışmazlıqları, yenə Quranda bildirildiyi şəkildə "sözün ən gözəlini söyləyərək" (İsra surəsi, 53) bir-birlərinə çatdırarlar. Yaxşı əməllər görməyi buyuran mömin, qarşı tərəfin verəcəyi reaksiyadan, verilən öyüddən pay götürüb götürməməsindən məsuliyyət daşımır. Allah bir ayəsində; "şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yola yönələcək insanları daha yaxşı tanıyır" (Qəsas surəsi, 56) sözləriylə bu həqiqətə diqqət çəkir və insanların, yalnız Allah istədiyi təqdirdə doğrunu görə biləcəklərini xatırladır. Bundan ötrü də, möminlər, bir-birlərinə yaxşı əməllər görməyi buyurub pis əməlləri qadağan edərkən, bunu Allahdan istəyərək edər və alınan nəticə nə olursa olsun buna təslim olarlar. Lakin, əlbəttə ki, səmimiyyətin gətirdiyi gözəllikləri və gerçək xoşbəxtliyi bütün insanların öyrənib yaşamasını da ən səmimi şəkildə arzulayarlar. Bunun əksi olan bir həyatın, kənardan normal görünsə də, insanı daxilən gəmirən, ona narahatlıq və sıxıntı verən əzablarla dolu olduğunu çox yaxşı bilərlər. Bu insanların, sahib olduqları iyrənc fikir və ruh halını gizlətmələri üçün, maddi və mənəvi əziyyət çəkdiklərini unutmazlar. Bundan ötrü də, qarşılarındakı insanda az da olsa səmimiyyətsizlik hiss etsələr, ona qətiyyən mühakimə etmədən, yalnız Quran əxlaqına dəvət edərlər. Hər cür gizli əzab və sıxıntıdan, narahatlıq və bədbəxtlikdən qurtulmanın yeganə yolunun Allahın razı olacağı əxlaqı yaşamaq olduğunu ən gözəl şəkildə xatırladarlar. |
---|