![]() |
---|
İNSANLAR XOŞBƏXT OLMAQ OLDUĞU HALDA, NİYƏ ƏZAB ÇƏKƏRLƏR? İİnsanların bir çoxu göstərdikləri bütün səylərə
baxmayaraq, heç cür əsl mənada xoşbəxtliyi yaşaya bilməzlər. Bunun üçün
dünya həyatında insanın ağlına gələ biləcək hər yolu sınayarlar; hər
dəfə yeni idealların arxasınca qaçar və bunları əldə etdiklərində
xoşbəxt olacaqlarına inanarlar. Bəzən yaxşı bir dost və ya yoldaş
axtarışı, bəzən maddi gözləntilər, bəzən də mənəvi istəkləri olar. Bu
istək və gözləntilərinin hər biri arzuladıqları şəkildə baş tutsa belə,
nəticə yenə gözlədikləri kimi olmaz. Heç cür əsl mənada daimi bir
xoşbəxtliyə qovuşa bilməzlər. Çox vaxt daxili aləmlərində yaşadıqları bu
narazılıqları xaricə əks etdirməməyə çalışarlar. Amma hər nə qədər
xoşbəxtlik təqlidi etsələr də, əslində, heç kəsə bəlli etmədən gizli bir
əzab yaşayarlar. Halbuki əllərində xoşbəxt ola bilmək üçün hər cür imkan
var. Allah bir ayədə insanlara verdiyi nemətlərlə əlaqədar olaraq belə
buyurur: Əgər Allahın nemətini saymağa çalışsanız, onu
ümumiləşdirməklə belə sayıb qurtara bilməzsiniz. Həqiqətən Allah,
bağışlayandır, əsirgəyəndir. (Nəhl surəsi, 18) Allahın bu ayədə bildirdiyi kimi insan həyatı boyu bir-birindən gözəl nemətlərlə qarşılaşar. Allah dünyanı insanın zövq ala biləcəyi müxtəlif nemətlərlə təchiz etmişdir. Ancaq insanlar, nə bütün bu nemətlər, nə də arxasınca qaçdıqları ideallarla əsl mənada xoşbəxt ola bilməzlər. Bu insanların bədbəxtliyi, həyatlarını üzərində qurduqları inanc sistemindəki pozuqluqdan qaynaqlanır. İnsanların böyük hissəsi tərəfindən, geniş şəkildə
yaşanan bir həyat tərzi var. Bu həyat tərzi, din əxlaqının olmadığı
yerdə həyat tapan “şeytanın sistemi”dir. Bu sistemin təməli
səmimiyyətsizliyə əsaslanır. Bu səmimiyyətsizlik insanların həyatına elə
nüfuz etmişdir ki, kənardan ən səmimi görünən insanlar və ya ən səmimi
hesab edilən rəftarlar belə əslində olduqca səmimiyyətsiz niyyətlərə
əsaslanır. Necə ki, bu insanlar, hər nə qədər buna ad verə bilməsələr
də, özləri də yaşadıqları bu sistemin yanlışlığından xəbərdardırlar. Hər
fürsətdə əsl dostluğu və əsl sevgini heç cür yaşaya bilmədiklərindən,
ətraflarında əsl mənada etibar edə biləcək insanlar olmadığından,
insanların ikiüzlülüyündən şikayətlənərlər. Necə ki, özləri də
ətraflarındakı insanlar qarşısında eyni əxlaqı nümayiş etdirməkdə bir
problem görməzlər. Bu sistemdə, bütün insanlar, etdiklərindən özləri
zərər çəkər. Bu insanlar hər yolu sınadıqları halda heç cür əsl daxili
sevinci, dinclik və xoşbəxtliyi yaşaya bilməz və bunu da “həyatın bir
həqiqəti” olaraq qəbul edərlər. Yəni onlara görə, həyat onsuz da əsl
xoşbəxtlik və dincliyin daimi olaraq yaşana bildiyi bir yer deyil.
Halbuki bədbəxtlik qətiyyən həyatın bir həqiqəti deyil.
Tam əksinə insanların yaşadıqları bu sıxıntının həlli olduqca asandır.
Allah Quranda; "...xəbəriniz olsun; qəlblər yalnız Allahın zikri etməklə
rahatlıq tapar" (Rad surəsi, 28) ayəsiylə, insanlara həqiqi xoşbəxtliyin
ancaq imanla əldə edilə biləcəyini bildirmişdir. İnsanlar ancaq Allahın
üzərlərindəki rəhmətini, onları qoruduğunu qavradıqları və ancaq iman
əxlaqını yaşadıqları təqdirdə, dünya həyatının hər andan zövq ala
bilərlər. Ancaq bu halda ətraflarındakı gözəllikləri gərəyi kimi
qiymətləndirib, xoşbəxt olmağı bacara bilərlər. Allah; "mömin olaraq yaxşı iş görən kişi və qadınlara,
əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə
onları mütləq mükafatlandıracağıq" (Nəhl surəsi, 97) ayəsiylə iman edən
qullarına dünyada və axirətdə gözəl bir həyat yaşadacağını vəd etmişdir.
Məhz Qurana uyanlar dünyada və axirətdə Allahın vəd etdiyi bu nemətdən
faydalanarlar. Amma bu məqamda da insanların görməli oduqları mühüm bir
həqiqət var. Bu gözəl həyatı yaşaya bilmək, həyatdan və dünya
nemətlərindən, Allahın insanlar üçün yaratdığı o qədər gözəllikdən zövq
ala bilmək üçün, iman qəlbə tam mənada yerləşməlidir. Yoxsa insanların
yalnız dilləriylə iman etdiklərini söyləmələri və ya iman edənlərin
yalnız bəzi xüsusiyyətlərini daşımaları, onları içində olduqları
bədbəxtlikdən qurtarmaz. Əsl xoşbəxtliyə nail olmaq üçün, insanlar, tam
təslimiyyətlə qəlbən Allaha bağlanmalı və həyatlarının hər anını Quran
əxlaqına uyğun yaşamalıdırlar. Əks halda gizlində həyatın hər anında
əzabı dadmağa davam edərlər. Nə qədər xoşbəxt olmaq istəsələr də, bunu
bacara bilməzlər. Əksinə həyatlarına hüzn, pessimizm, ümidsizlik kimi
mənfiliklər hakim olar. Görüldüyü kimi xoşbəxt olmağın yolu əslində olduqca
asandır. Allah, endirdiyi haqq kitab olan Quranla insanlara xoşbəxt ola
bilməyin sirrini açmışdır. İnsan ancaq öz yaradılışına, Allahın özü üçün
müəyyənləşdirdiyi fitrətinə uyğun, hərəkət etdiyi vaxt gözəl bir həyat
yaşaya bilər. Allahın özlərinə rəhmət olaraq göstərdiyi bu yoldan üz
döndərən və ya bu yola gərəyi kimi tabe olmayan insanlar, öz əlləriylə
özlərinə bədbəxt bir həyat yaradarlar. Allahın; "həqiqətən, Allah
insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edirlər"
(Yunis surəsi, 44) ayəsiylə bildirdiyi kimi, bu insanlar öz-özlərinə
əzab verərlər. Bu insanların yaşadığı bədbəxtlik, Allahın Quranda; "sən
onları sarsılacaqları günə qovuşana qədər tərk et! O gün hiylələri
onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir.
Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin
onların çoxu bunu bilmir" (Tur surəsi, 45-47) ayələriylə bildirdiyi
həqiqətin yaşanmasıdır. Allah insanlara etdiklərinin qarşılığını
axirətdə verəcək. Ancaq Allah, bundan əvvəl, dünya həyatında da,
insanların əksəriyyətinin xəbərsiz olduğu bir əzabın başlayacağını xəbər
vermişdir. Allah yenə başqa bir ayədə də; "kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik" (Taha surəsi, 124) hökmüylə, iman etməyənlərin dünya həyatında yaşayacaqları “sıxıntıdan” və axirətdə alacaqları qarşılıqdan bəhs etmişdir. Allah insanlara bu sıxıntıdan xilas ola bilməyin yolunu da göstərmişdir ki, bu daha əvvəl də ifadə edildiyi kimi, Allaha qarşı tam səmimiyyət və güclü imanı yaşamaqla mümkün olur. |
---|